AZ

Ər-Riyad yenə vuruldu

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində mərminin yaşayış məhəlləsinə düşməsi nəticəsində iki nəfər həlak olub, 12 nəfər isə yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə krallığın mülki müdafiə xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

"Hərbi mərmi Əl-Xarc əyalətindəki yaşayış rayonuna düşüb, nəticədə iki nəfər ölüb, 12 nəfər yaralanıb. Həlak olanlar Hindistan və Banqladeş, xəsarət alanlar isə Banqladeş vətəndaşlarıdır", — deyə məlumatda bildirilir.

Bundan əvvəl ölkənin Müdafiə Nazirliyi PUA-nın diplomatik məhəlləyə hücum cəhdi barədə məlumat vermişdi. Qurumdan vurğulanıb ki, hadisə zamanı xəsarət alan olmayıb, infrastrukturun zədələnməsi də qeydə alınmayıb.

Seçilən
106
50
publika.az

10Mənbələr