ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Səudiyyə Ərəbistanında yaşayış binasına mərmi düşməsi nəticəsində iki nəfər ölüb, daha 12 nəfər yaralanıb.
KONKRET.az-ın məlumatına görə, bu barədə Krallığın Mülki Müdafiə Xidməti “X” sosial şəbəkəsində bildirib.
Bəyanata görə, mərmi Ər-Riyadın cənub-şərqində yerləşən Əl-Xərc əyalətində təmir və təmizlik şirkətinə məxsus binaya düşüb.
Ölən və yaralananların Banqladeş, Hindistan vətəndaşları olduğu bildirilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.