AZ

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın futbolçulardan ibarət yığması bu gün DÇ-2027-nin seçmə mərhələsində növbəti matçını keçirib.

"Cebheinfo.az" xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun komandası səfərdə Macarıstan millisi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 1:0.

Qeyd edək ki, milli seçmə mərhələdəki ilk görüşündə Şimali Makedoniya kollektivi üzərində 2:0 hesablı qələbə qazanmışdı.

"Cebheinfo.az"

Seçilən
23
3
cebheinfo.az

8Mənbələr