Azərbaycanın qadın futbolçulardan ibarət yığması bu gün DÇ-2027-nin seçmə mərhələsində növbəti matçını keçirəcək.
Rekord.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun komandası səfərdə Macarıstan millisi ilə üz-üzə gələcək.
Qarşılaşma Felksutdakı "Panço Arena"da, Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Görüşü Portuqaliyadan olan baş hakim Filipa Pereyra Kunya idarə edəcək.
Milli seçmə mərhələdəki ilk görüşündə Şimali Makedoniya kollektivi üzərində 2:0 hesablı qələbə qazanmışdı.