AZ

The Atlantic: Laricani və Qalibaf faktiki olaraq İrana rəhbərlik edir...

Tehrandakı mənbələrə görə, ölkədə siyasi və hərbi idarəetmə iki yüksək vəzifəli siyasətçinin əlində cəmləşib...

Poliqon xəbər verir ki, The Atlantic nəşrinin Tehrandakı mənbələrə istinadən yaydığı məlumata görə, Əli Laricani və Məhəmməd Baqer Qalibaf hazırda faktiki olaraq İranın idarəçiliyini öz üzərlərinə götürüblər.

Məlumata görə, ölkədə yaranmış mürəkkəb siyasi və hərbi vəziyyət fonunda hakimiyyət strukturlarında qeyri-rəsmi idarəetmə modeli formalaşıb. Bu çərçivədə Əli Laricani əsasən siyasi məsələlərə nəzarət edir və dövlət idarəçiliyinin siyasi istiqamətlərini koordinasiya edir.

Eyni zamanda, İran parlamentinin spikeri olmuş Məhəmməd Baqer Qalibafın hərbi və təhlükəsizlik blokuna rəhbərlik etdiyi bildirilir. Mənbələrə görə, o, ölkənin hərbi strukturları və təhlükəsizlik sisteminin fəaliyyətinin koordinasiyasına cavabdehdir.

Nəşr qeyd edir ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar, həmçinin ölkənin ali rəhbərliyində baş verən dəyişikliklər fonunda Tehran daxilində idarəetmə mexanizmləri yenidən formalaşır.

Analitiklərin fikrincə, Laricani və Qalibaf kimi nüfuzlu siyasətçilərin ön plana çıxması İran daxilində hakimiyyət balansının dəyişdiyini və ölkənin siyasi sistemində yeni güc mərkəzlərinin formalaşa biləcəyini göstərir.

Poliqon.info

Seçilən
58
50
poliqon.info

10Mənbələr