AZ

Azərbaycan Kuboku: “Sabah”dan yubiley qolu, “Kəpəz”dən 35-ci məğlubiyyət

Bakı, 6 mart, AZƏRTAC

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə cavab oyununda (3:3, pen. 4:2) vurulan ilk qol “Sabah” üçün yubiley xarakteri daşıyıb.

Peşəkar Futbol Liqasından AZƏRTAC-a verilən məlumata görə, Bakı klubu turnirdə 25-ci səfər qoluna sevinib. Bu topu rəqib qapısından Timoteuş Puxaç keçirib.

Paytaxt təmsilçisi buna 13-cü matçında nail olub. “Sabah” ölkə kubokunda rəqib meydanlarında 25 və ya daha çox qol vuran 15-ci komandadır.

Qol sayını 27-yə çatdıran “Sabah”ın orta məhsuldarlığı 2,07-yə bərabərdir. Bu, ən azı 3 səfər oyununa çıxan komandalar arasında ən yüksək göstəricidir.

“Sabah” kubokdakı ilk səfər qolunu 2018/2019-cu illər mövsümündə 1/8 finalın “Ağsu” ilə qarşılaşmasında vurub – 3:0.

“Kəpəz” isə Azərbaycan Kubokunda 35-ci məğlubiyyətini alıb. Bu, 1/4 finalın “Turan Tovuz”la görüşünə təsadüf edib. Qərb derbisində qeydə alınan 0:2 hesablı yenilgi Gəncə klubu üçün kubokda 35-ci olub. “Kəpəz” 114-cü matçında bu qədər məğlubiyət alıb. Gəncə təmsilçisi evdə 16, səfərdə 19 dəfə uduzub.

Azərbaycan Kubokunda yalnız “Neftçi” (43) və MOİK (42) daha çox məğlub olub.

Seçilən
80
14
azertag.az

10Mənbələr