AZ

"Hər xoşbəxt nikahda 7 ildən sonra böhran başlayır" - Kollina VAR-a münasibətdən danışdı

FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina VAR-a münasibəti ailə münasibətlərindəki böhranla müqayisə edib.

Fanat.Az xəbər verir ki, sabiq ədalət təmsilçisi IFAB-ın Uelsdə təşkil edilən aasambleyasında belə danışıb:

"Biz İtaliyada deyirik ki, hər xoşbəxt nikahda 7 ildən sonra böhran başlayır. Ola bilsin ki, insanlar da VAR-a vurulurlar və bir neçə il sonra arvadları ilə olduğu kimi, bu münasibətdə də böhran əmələ gəlir. 2016-cı ildə biz bu sistemin tətbiqinə başlayanda texnologiya tam başqa idi. Həmin vaxt reqbinin timsalında digər idman oyunlarından ilhamlanaraq belə addım atmışdıq. İndi vəziyyət başqadır".

Toğrul 

Seçilən
25
1
fanat.az

2Mənbələr