FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina VAR-a münasibəti ailə münasibətlərindəki böhranla müqayisə edib.
Fanat.Az xəbər verir ki, sabiq ədalət təmsilçisi IFAB-ın Uelsdə təşkil edilən aasambleyasında belə danışıb:
"Biz İtaliyada deyirik ki, hər xoşbəxt nikahda 7 ildən sonra böhran başlayır. Ola bilsin ki, insanlar da VAR-a vurulurlar və bir neçə il sonra arvadları ilə olduğu kimi, bu münasibətdə də böhran əmələ gəlir. 2016-cı ildə biz bu sistemin tətbiqinə başlayanda texnologiya tam başqa idi. Həmin vaxt reqbinin timsalında digər idman oyunlarından ilhamlanaraq belə addım atmışdıq. İndi vəziyyət başqadır".
Toğrul