AZ

"İran rejimi bu addımı ilə artıq bütün maskalarını cırıb atdı" - Səbinə Salmanova



"İran silahlı qüvvələri tərəfindən pilotsuz uçuş aparatları ilə Naxçıvan Beynəlxalq Hava Limanına və digər mülki obyektlərə qarşı həyata keçirilən hücum aktı Azərbaycana qarşı açıq-aşkar düşmənçilik siyasətinin növbəti təzahürüdür. Bu, artıq təsadüfi hadisə deyil, Tehran rejiminin şüurlu və planlı şəkildə seçdiyi təxribat yoludur. İran rejimi bu addımı ilə artıq bütün maskalarını cırıb atdı. Azərbaycan illərdir nümayiş etdirdiyi təmkinə, mehriban qonşuluq siyasətinə və açıq diplomatik mövqeyinə baxmayaraq, təxribatla üz-üzə qaldı. Bu, molla rejiminin mahiyyətinin növbəti təzahürüdür".

Bunu mətbuata Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

“Dövlətimizin təhlükəsizliyi, ərazi bütövlüyü və vətəndaşlarının həyatı hər şeydən üstündür. Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququ vardır və bu hüquq beynəlxalq hüquqla qorunur. Regionda yeni gərginlik ocaqlarının yaradılması heç bir tərəfə fayda vermir. Lakin əgər hansısa dairələr təxribat yolu seçirsə, bilməlidir ki, Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə öz hərbi-siyasi iradəsini nümayiş etdirən dövlət bu gün də milli təhlükəsizlik məsələlərində qətiyyətlidir. Dövlətimizin təhlükəsizliyi və suverenliyi bizim qırmızı xəttimizdir və bu xətti keçən hər kəs anlamalıdır ki, atdığı addımın nəticələri qaçılmaz olacaq. Unutmasınlar ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq”.



Seçilən
51
5
aia.az

10Mənbələr