AZ

ABŞ İranın hərbi gəmisini VURDU - VİDEO

İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Şəhid Süleymani” sinifli “Şəhid Səyyad Şirazi” gəmisi Bəndər Abbas limanı yaxınlığında alovlanıb.

Musavat.com xəbər verir ki, məlumata görə, hadisə ABŞ tərəfindən həyata keçirildiyi iddia olunan hücumlardan sonra baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə hərbi gəminin göyərtəsindən qalxan alov və tüstü aydın görünür.

Hələlik rəsmi qurumlar tərəfindən hadisənin səbəbi və gəminin hansı zərər gördüyü barədə ətraflı məlumat verilməyib. Eyni zamanda insident nəticəsində itkilərin olub-olmaması da açıqlanmayıb.

Musavat.com

Seçilən
29
15
musavat.com

10Mənbələr