AZ

"Cavab vermək hüququmuzu özümüzdə saxlayırıq" - Türkiyə MN

Xəbər verdiyimiz kimi, İrandan Türkiyəyə atılan ballistik Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında vurularaq zərərsizləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Nazirlik qeyd edib ki, ölkənin və vətəndaşların təhlükəsizliyini təmin etmək qabiliyyəti ən yüksək səviyyədədir: "Türkiyə regional sabitliyi və sülhü dəstəkləsə də, təhdidin kimdən və haradan gəlməsindən asılı olmayaraq, ərazisinin və vətəndaşlarının təhlükəsizliyini təmin etməyə qadirdir. Ərazimizi və hava məkanımızı müdafiə etmək hər bir addım qətiyyətlə və tərəddüd etmədən atılacaq. 

Sizə xatırladırıq ki, ölkəmizə qarşı hər hansı bir düşmən münasibətə cavab vermək hüququmuzu özümüzdə saxlayırıq.

Bütün tərəfləri bölgədə münaqişəni daha da genişləndirəcək hərəkətlərdən çəkinməyə çağırırıq. Bu kontekstdə NATO və digər müttəfiqlərimizlə məsləhətləşmələrə davam edəcəyik". 

Qeyd edək ki, Türkiyə NATO ölkəsidir. Bu, müharibə başlayandan bəri İranın hücum etdiyi ilk NATO ölkəsidir. 

Ağarza Elçinoğlu

Seçilən
102
27
unikal.az

10Mənbələr