AZ

Macarıstanın İrandakı səfiri və səfirlik əməkdaşları təxliyə olunub

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Macarıstanın İrandakı səfiri və səfirliyin bir neçə əməkdaşı “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə olunaraq Azərbaycan ərazisinə daxil olublar.

Təxliyə olunan şəxslər sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar.

İrandan diplomatik nümayəndəliklərin və xarici vətəndaşların təxliyəsi mərhələli şəkildə davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
111
5
xalqqazeti.az

10Mənbələr