Portuqaliya millisi və Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun ulduzu Kriştiano Ronaldo “Əl Fayha” ilə keçirilən matçdan sonra zədələnib.
Sportinfo.az xəbər verir ki, bu barədə Ər-Riyad təmsilçisinin instaqram səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, o, reabilitasiya proqramına başlayacaq və vəziyyəti gündən-günə qiymətləndiriləcək.
Portuqaliyalı hücumçunun Səudiyyə Ərəbistanını tərk edib Madridə getməsi ilə bağlı xəbərlər yayılmışdı.