RU

Ronaldo zədələndi - Vəziyyəti gündən-günə qiymətləndiriləcək

Portuqaliya millisi və Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun ulduzu Kriştiano Ronaldo “Əl Fayha” ilə keçirilən matçdan sonra zədələnib.

Sportinfo.az xəbər verir ki, bu barədə Ər-Riyad təmsilçisinin instaqram səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, o, reabilitasiya proqramına başlayacaq və vəziyyəti gündən-günə qiymətləndiriləcək.

Portuqaliyalı hücumçunun Səudiyyə Ərəbistanını tərk edib Madridə getməsi ilə bağlı xəbərlər yayılmışdı.

Избранный
5
1
sportinfo.az

2Источники