İran Ekspertlər Məclisinin yüksək vəzifəli üzvü Əhməd Xatəmi Məclis üzvləri arasında sorğu keçirildiyini və İslam Respublikasının yeni ali lideri ilə bağlı səsverməyə yaxın olduqlarını bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Məlumatda deyilir: “Ekspertlər arasında sorğu keçirilib və biz artıq inqilabın yeni liderini seçməyə yaxınıq”.
Qeyd edək ki, 88 üzvdən ibarət Ekspertlər Məclisi yeni ayətullah təyin etmək səlahiyyətinə malikdir. İran Konstitusiyasının 111-ci maddəsinə əsasən, Ali Liderin ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi halında, Ekspertlər Məclisi mümkün qədər tez yeni lider seçməlidir.
Aminə ŞAHSUVARQIZI