AZ

Azərbaycanın 9 boksçusu beynəlxalq turnirə yollandı

style='margin-bottom:10px;'>

Martın 4-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri start götürəcək.

QOL.az xəbər verir ki, 8 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq. Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Məşqçilər Yadigar Məmmədov, Ceyhun Əbiyev və Elvin Məmişzadə turnirdə Aydın Qasımov (55 kq), Əli Baxışov (60 kq), Vüsal Xəlilov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (75 kq), İsmayıl Vəliyev (80 kq), Heydər Əzməmmədov (85 kq), Zaur Səmədov (90 kq) və Səfdər Məmmədzadəyə (+90 kq) şans verəcək.

“Adriatik incisi”ndə İlqar Qasımzadə hakimlər sırasında yer alacaq.

Seçilən
29
5
teleqraf.com

9Mənbələr