“Xetafe” futbol üzrə İspaniya La Liqasının 26-cı turunda Madrid “Real”ını səfərdə məğlub edərək tarixi nəticəyə imza atıb.
Arena.az bu barədə İspaniya mətbuatına istinadən xəbər verir.
Belə ki, “Santyaqo Bernabeu” stadionunda keçirilmiş görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 39-cu dəqiqədə qonaqların hücumçusu Martin Satriano rəqib qapısından keçirib.
Bununla da “Xetafe” 2008-ci ildən bəri ilk dəfə Madrid səfərində “Real” üzərində qələbə sevinci yaşayıb. Həmin vaxtdan bəri bu stadionda keçirilmiş ardıcıl 16 qarşılaşmanın hamısında “kral klubu” qalib gəlmişdi.
Xatırladaq ki, “Xetafe” sonuncu dəfə 2008-ci ildə “Santyaqo Bernabeu”da rəqibini 1:0 hesabı ilə məğlub etməyi bacarmışdı. Sözügedən komanda La Liqanın cari mövsümündə 32 xalla 11-ci pillədə qərarlaşıb. “Real” isə 60 xalla ikincidir.
