“Mançester Siti”nin sabiq futbolçusu Yaya Ture İngiltərə Premyer Liqasının cari mövsümünün çempionu olacaq komandanı açıqlayıb.
Arena.az xəbər verir ki, ivuarlı keçmiş mərkəz yarımmüdafiəçisi “Arsenal” və “Mançester Siti” arasında seçim edib:
“Hesab edirəm ki, “Mançester Siti” “Arsenal”dan daha yaxşı oynayır. Söhbət üslubdan, təcrübədən, oyuna yanaşmadan gedir. Bəli, zənnimcə, “Mançester Siti” Premyer Liqanı qazanacaq”, deyə Yaya Ture vurğulayıb.
“Arsenal”ın ingiltərəli keçmiş mərkəz hücumçusu Yan Rayt isə “topçular”ın əsas fasadı ilə bağlı qənaətini açıqlayıb:
“Oyunların sonlarında “Arsenal”ın əsəbiliyi baş qaldırır. Komanda daha arxayın oynaması üçün, qələbəni özü üçün daha erkən surətdə təmin etməlidir”, deyə Rayt vurğulayıb.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının cari mövsümündə 29 oyuna 64 xal toplamış “Arsenal” vahid liderdir. “Mançester Siti” isə 59 xalla (28 oyun) ikinci sırada qərarlaşıb.
