AZ

Yaponiyada uçan maşın nümayiş etdirildi Taksi kimi istifadə olunacaq

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yaponiyanın "SkyDrive" şirkətinin pilotsuz "uçan avtomobili" olan "SD-05" Tokio üzərində nümayiş dövrəsi həyata keçirib.

Oxu.Az "Kyodo News"a istinadən xəbər verir ki, avadanlığın imkanlarının nümayişi həftənin sonunadək davam edəcək.

"Uçan maşın"ın taksi qismində istifadəsi nəzərdə tutulur. Kommersiya məqsədli istismara verilməsi isə ilkin olaraq 2028-ci ilə planlaşdırılıb.

Məlumata görə, layihəni şəhər hakimiyyəti dəstəkləyir. Tokio rəhbərliyi uçuş aparatlarını meqapolisin nəqliyyat sistemini yüngülləşdirmək üçün əlavə vasitə kimi nəzərdən keçirirlər.

Hesablamalara görə, "SD-05"in istismara verilməsindən sonra uçuşun qiyməti pilotlu helikopterlə səyahət məbləğinə bərabər olacaq. Lakin bir-iki il sonra qiymətlər aşağı düşəcək və adi avtomobillə gediş dəyərindən bir neçə dəfə baha hesablanacaq.

Bununla belə, "SD-05"in köməyi ilə vaxta əhəmiyyətli dərəcədə qənaət ediləcək. Səyahətin müddəti dörd-beş dəfə azalacaq.

Batareya ilə işləyən və 12 rotorla təchiz olunan aparat üç nəfər üçün nəzərdə tutulub. "SD-05" 15-40 kilometr məsafə qət edə bilir.

Şirkətdən bildirilib ki, kompakt ölçüləri və az çəkisi sayəsində aparat daha geniş eniş meydançası tələb olunan adi helikopterlərlə müqayisədə bir çox kiçik məkanlarda eniş edə biləcək. Bundan əlavə, xidmətin şəhərlərdə fəaliyyəti üçün sərnişinlərin tanınması sistemi olan ixtisaslaşdırılmış meydançalar yaradılacaq. Söhbət sərnişinlərin qeydiyyatdan və təhlükəsizlik yoxlamasından keçdiyi terminaldan gedir. Onun köməyi ilə operatorlar uçuş və enişləri nəzarətdə saxlayacaq.

"SD-05" ilk dəfə 2025-ci ilin yazında Tokiodakı sərgidə nümayiş etdirilib. Bu dəfə sınaqlar Yaponiya paytaxtının körfəzinin akvatoriyası üzərində aparılıb.

Məlumata görə, "SkyDrive" şirkəti "uçan avtomobil" üçün artıq 400-dən çox ilkin sifariş alıb. İstehsal "Suzuki Motor" ilə tərəfdaşlıq çərçivəsində planlaşdırılır. İlk mərhələdə ildə 100-dək aparat istehsal olunacaq. Hazırda "SkyDrive" xidmətləri və uçuş aparatları üçün sertifikatlaşdırma mərhələsindədir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
13
oxu.az

10Mənbələr