AZ

Azərbaycanda əmlak sığortası bazarı böyüyüb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda əmlak sığortası üzrə 25,995milyon manat sığorta haqqı toplanılıb.

TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilineyni dövrü ilə müqayisədə 493 min manat və ya 1,9% çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlər isə 762 minmanat və yaxud 22,3% azalaraq 2,649 milyon manata bərabər olub.

Beləliklə, bu ilin yanvar ayında əmlak sığortası bazarındatoplanmış hər 100 manat sığorta haqqının 10,2 manatı müştərilərəgeri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda fəaliyyətgöstərən 16 sığorta şirkəti vasitəsilə 156,604 milyon manatməbləğində sığorta haqqı toplanıb.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri iləmüqayisədə 7,054 milyon manat və ya 4,3% azdır.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 62,012 milyonmanat təşkil edib və illik ifadədə 14,389 milyon manat və ya 30,2%artıb.

Məqalədə:
Seçilən
19
4
az.trend.az

10Mənbələr