AZ

“Qarabağ”ın dünya reytinqində mövqeyi açıqlandı

BAKI, 25 fevral. TELEQRAF

“Qarabağ” klubunun dünya reytinqində mövqeyi açıqlanıb.

Teleqraf xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olan dövrü əhatə edən siyahını təqdim edib.

Reytinqdə Qurban Qurbanovun komandası 768,75 xal toplayaraq 71-ci mövqedə qərarlaşıb.

Azərbaycanın digər klublarından “Neftçi” 300 xalla 375-ci, “Zirə” 290,5 xalla 399-cu, “Sabah” isə 283,25 xalla 411-ci sırada yer alıb.

Siyahının ilk üçlüyünü İspaniyanın “Real Madrid” klubu (1753 xal), İngiltərənin “Mançester Siti” komandası (1605 xal) və Braziliyanın “Flamenqo” klubu (1536 xal) təşkil edir.

Seçilən
19
2
teleqraf.com

7Mənbələr