“Qarabağ” son beş ilin dünya reytinqində 71-ci pillədə qərarlaşıb.
Msport.az xəbər verir ki, 501 komandadan ibarət siyahını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) açıqlayıb.
Bu qurum 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olan müddəti əsas götürüb.
Azərbaycan çempionunun aktivində 768,75 xal var. Digər təmsilçilərimizdən “Neftçi” 300 xalla 375-ci, “Zirə” 290,5 xalla 399-cu, “Sabah” isə 283,25 xalla 411-ci sıradadır.
Siyahının lideri “Real”dır (1753 xal).