AZ

Türkiyədə "F-16" qəzaya uğradı, pilot şəhid oldu

Türkiyədə "F-16" qəzaya uğradı, pilot şəhid oldu

Türkiyədə "F-16" qırıcısı qəzaya uğrayıb, hadisə nəticəsində pilot həyatını itirib.

AFN.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb. Bəyanatda bildirilir ki, Balıkesirdəki 9-cu Əsas Aviasiya Bazasından havaya qalxan "F-16" qırıcısı ilə radio əlaqəsi kəsilib və yerli vaxtla saat 00:56-dan etibarən təyyarə radarlardan itib.

"Dərhal başladılan axtarış-xilasetmə tədbirləri nəticəsində təyyarəmizin qəzaya uğradığı müəyyən edilib və onun qalıqları aşkar olunub", – deyə nazirliyin rəsmi açıqlamasında qeyd olunub. Təəssüflə bildirilib ki, təyyarəni idarə edən hərbi pilot qəza nəticəsində şəhid olub.

Hərbi idarə qəzanın dəqiq səbəbinin genişmiqyaslı araşdırmalardan sonra müəyyən ediləcəyini vurğulayıb. Hazırda qəza baş verən ərazidə xüsusi komissiya və ekspertlər işləyir.

Seçilən
23
13
afn.az

10Mənbələr