AZ

Hindistanda təcili yardım təyyarəsi qəzaya uğrayıb - 7 nəfər ölüb

Hindistanın Carxand ştatında təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 7 nəfərin öldüyü bildirilir.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə "India Today" qəzeti məlumat yayıb.

Açıqlamada təyyarə ilə əlaqənin qalxandan təxminən 20 dəqiqə sonra kəsildiyi və daha sonra ştatın Çatra bölgəsində qəzaya uğradığı qeyd olunub.

Səlahiyyətlilər bildiriblər ki, təyyarədə iki pilotdan əlavə, bədəninin 63 faizi yanıq xəsarətləri alan 41 yaşlı xəstə, onu müşayiət edən iki ailə üzvü, bir həkim və bir tibb işçisi olub.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
17
17
missiya.az

10Mənbələr