AZ

Tribunaya onun adı verildi - Fotolar

“Neftçi” Futbol Klubu əfsanəvi oyunçusu Anatoli Banişevskinin xatirəsini əbədiləşdirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bu gündən etibarən “Neftçi”nin stadionunun ən böyük tribunalarından biri – “Cənub” tribunası Azərbaycan futbolunun əfsanəsi, anadan olmasından 80 il ötən Anatoli Banişevskinin adını daşıyacaq.

Bununla “Neftçi” PFK əfsanəvi “9 nömrə”nin adının əbədiləşdirilməsi yolunda növbəti addımı atır.

Əlavə edək ki, bu gün Anatoli Banişevskinin anadan olmasından 80 il ötür.


Telegram kanalımız
Seçilən
6
4
yenisabah.az

7Mənbələr