Tanınmış müğənni Nəfəs “Lorenzo Home” şirkətinin rəhbəri Orxan Bünyadzadən şikayətçidir.
"Unikal" xəbər verir ki, müğənni sosial şəbəkə hesabında hüquq-mühafizə orqanlarına müraciət edib:
"“Lorenzo Home” şirkətinin rəhbəri Orxan Bünyadzadə məni aldadıb. Belə ki, o, mənim evimin təmirini həyata keçirəcəyini və mebellə təmin edəcəyini deyib. Müqavilə 3 aylıq müddətə nəzərdə tutulmuşdu, bütün ödənişi də etmişəm. Buna baxmayaraq, 8 aydır ki, evimə köçə bilmirəm.
Orxan Bünyadzadə məni aldatmağa davam edir. Onun barəsində tədbir görülməsini xahiş edirəm", - deyə müğənni əlavə edib.