Türkiyənin məşhur sənətçisi İbrahim Tatlıses böyük oğlu Əhməd Tatlıses və ortancıl qızı Dilan Çitak haqqında sərt açıqlamalar verib.
Adalet.az xəbər verir ki, Tatlıses qonaq olduğu verilişlərin birində "Onlardan nifrət edirəm" ifadəsini işlədərək "Kaş İdo və Melek kimi beş uşağım olsaydı" deyib.
Tatlıses münasibətlərinin gərgin olduğu oğlu Əhmədə müraciət edərək "Nifrət edirəm səndən, oğlum, nifrət" deyib. O, qızı Dilanla bağlı isə "İşi düşəndə Tatlısesin qızıyam deyir, işi düşməyəndə məni tanımır söyləyib". Bundan başqa sənətçi "Kaş İdo və Mələk kimi beş uşağım olsaydı" deyə peşmanlığını dilə gətirib.
Tatlısəsin Adalet Durakdan Əhməd, Gülden və Gülşen adlı üç; Perihan Savaşdan Mələk Zübeyde adlı bir; Dərya Tunadan İdo adlı biri; Işıl Çıtakdan Dilan adlı bir və Ayşegül Yıldızdan Elif Ada adlı bir övladı var.