AZ

Meksika qarışdı, qisas anonsu verildi

Meksikanın səkkiz ştatında dünyanın ən nüfuzlu narkobaronlarından biri – "Xalisko Yeni Nəsil" kartelinin "El Menço" ləqəbli liderinin məhv edilməsindən sonra iğtişaşlar başlayıb.

Publika.az "Milenio" qəzetinə istinadla xəbər verir ki, Meksika və ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları avtomatlarla təchiz edilmiş helikopterlərin iştirakı ilə xüsusi əməliyyat keçiriblər, bundan sonra şiddətli atışma başlayıb.

Meksika Müdafiə Nazirliyi dəqiqləşdirib ki, "El Menço" sanitar aviasiya ilə qurumun hospitalına aparılarkən yolda ölüb.

Liderlərinin ölüm xəbərindən dərhal sonra silahlılar müharibə elan ediblər və mülki şəxsləri öldürəcəklərinə söz veriblər. Kartel üzvləri Milli Qvardiyanın bazasına hücum ediblər, ölkənin səkkiz ştatında talanlar başlayıb, Qvadalaxarada küçə döyüşləri gedir, silahlılar yük maşınlarını yandırır və yolları bağlayırlar.

"El Menço" Meksikada ən çox axtarılan şəxs, ABŞ-də isə ən çox axtarılan narkobaronlardan biri hesab olunurdu.

Seçilən
10
1
publika.az

2Mənbələr