AZ

Bakıda yeni marşrut xətti işə düşdü

Bakıda yeni marşrut xətti işə düşüb.

Bu barədə "Yeni Sabah"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Belə ki, çoxsaylı müraciətlər nəzərə alınaraq fevralın 22-dən əlavə 214A nömrəli marşrut xətti istifadəyə verilib.

Marşrut xətti Ramana qəsəbəsini (F.Qayıbov küçəsi) "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirir. Qeyd edilən istiqamətdə avtobuslar 13-15 dəqiqə intervalla fəaliyyət göstərir. Gedişhaqqı 0,55 AZN müəyyən edilib və ödənişlər nağdsız qaydada həyata keçirilir.


Telegram kanalımız
Seçilən
6
35
yenisabah.az

10Mənbələr