AZ

Bakıda yeni marşrut xətti istifadəyə verildi

214A nömrəli marşrut xətti istifadəyə verilib.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, AYNA tərəfindən mövcud 214 nömrəli marşrutun sərnişin tələbatı təhlil edilib.

Çoxsaylı müraciətlər nəzərə alınaraq, fevralın 22-dən əlavə 214A nömrəli marşrut xətti istifadəyə verilib.

Marşrut xətti Ramana qəsəbəsini (F.Qayıbov küçəsi) "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirir. Qeyd edilən istiqamətdə avtobuslar 13-15 dəqiqə intervalla fəaliyyət göstərir. Gediş haqqı 0,55 AZN müəyyən edilib. Ödənişlər nağdsız qaydada həyata keçirilir.

Seçilən
1
13
moderator.az

10Mənbələr