AZ

“Real” La Liqada Arbeloa ilə ilk məğlubiyyətini aldı – ARENA.AZ

İspaniya nəhəngi “Real” La Liqanın 2025/2026-cı illər mövsümünün 25-ci turu çərçivəsində qarşılaşdığı “Osasuna”ya 1:2 hesabıyla uduzub.

Arena.az xəbər verir ki, Pamplona şəhərində baş tutmuş matçda Ante Budimir (38) və Raul Qarsiyanın (90) vurduğu qollar meydan sahiblərinə sürpriz qələbə qazandırıb.

Qonaqların təsəlli qoluna isə 73-cü dəqiqədə Vinisius Junior imza atıb.

Bu, madridlilərin son 15 ildə “Osasuna”ya ilk yenilgisidir. Bundan əlavə, paytaxt klubu 12 yanvardan komandaya rəhbərlik etməyə başlamış Alvaro Arbeloanın rəhbərliyi altında İspaniya çempionatında ilk məğlubiyyətinə üzülüb.

Arbeloa indiyə qədər “Real”ı bütövlükdə 10 oyuna çıxarıb, 7 qələbə, 3 məğlubiyyət görüb. Amma əvvəlki məğlubiyyətlərdən biri UEFA Çempionlar Liqasına, digəri isə İspaniya Kubokuna təsadüf edib.

Xatırladaq ki, “Real” 25 turdan sonra 60 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir. İkinci yerdə olan “Barselona” isə bir oyun az keçirməklə 2 xal geridədir. “Osasuna” 33 xalla doqquzuncu yerdə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
5
10
arena.az

10Mənbələr