Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin “Nyukasl” – “Qarabağ” matçı üçün hakim təyinatları açıqlanıb.
Arena.az bu barədə UEFA-nın saytına istinadən xəbər verir.
Sözügedən komandalar arasında ÇL-in pley-off mərhələsi çərçivəsində keçiriləcək cavab oyununu italiyalı 44 yaşlı tanınmış hakim Davide Massa idarə edəcək.
Ona yan xətdə həmyerliləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Payreto yerinə yetirəcək. VAR-da Daniele Kiffi, AVAR-da isə Kristian Dingert (hər ikisi Almaniya) çalışacaqlar.
Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” oyunu fevralın 24-dən 25-nə keçən gecə (Bakı vaxtı ilə saat 00:00) İngiltərədə keçiriləcək. Bu komandaların Bakıda keçirilmiş ilk oyununda “Nyukasl” 6:1 hesabı ilə qalib gəlib. Bu üzdən də Azərbaycan çempionunun mərhələ adlamaq şansları demək olar ki, qalmayıb.
