ABŞ-nin prezidenti Donald Tramp məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldoya ünvanladığı videomüraciətini sosial mediada yayımlayıb və ulduz futbolçunu Amerikaya dəvət edib.
Ölkə.Az-ın məlumatına görə, Tramp “X” üzərindən yayılan mesajında Ronaldo ilə bağlı yüksək düşüncələrini ifadə edib.
Dövlət başçısı Ronaldoya belə deyib: “Kriştiano Ronaldo, sən ən böyüksən. ABŞ səni gözləyir. Təcili şəkildə əşyalarını yığ və gəl — mümkün qədər tez”.
Bu müraciət sürətlə internet istifadəçiləri arasında viral halına gəlib və idman mediasında geniş müzakirə olunub.
Tramp Ronaldonu Amerika idman səhnəsinə dəvət etməsi ilə diqqət çəkib, xüsusən 2026-cı il Dünya Kuboku ərəfəsində bu çağırışı daha da aktuallaşdıran şərhlər yazılıb.
Bu çağırışın arxasında rəsmi transfer təklifi və ya futbol müqaviləsi yoxdur.
Yayılan videomüraciət daha çox sosial media fenomeni və siyasi-idman dialoqu kimi qəbul olunur. Yəni Tramp Ronaldoya konkret klub təklifi göndərmir, sadəcə Amerika idman arenasına gəlməsi üçün çağırış edir.
41 yaşlı superulduz Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusudur. Müqaviləsində yaşanan narazılıqlar səbəbilə o, klubu bəzi matçlarda boykot etmişdi. Mətbuat iddia edir ki, bu addım Ronaldunun klubun qışı transfer pəncərəsində heyəti gücləndirməməsindən narazı olması ilə bağlıdır.