AZ

Trampdan Ronaldoya çağırış: Təcili gəl! Amerika səni gözləyir

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

ABŞ-nin prezidenti Donald Tramp məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldoya ünvanladığı videomüraciətini sosial mediada yayımlayıb və ulduz futbolçunu Amerikaya dəvət edib.

Ölkə.Az-ın məlumatına görə, Tramp “X” üzərindən yayılan mesajında Ronaldo ilə bağlı yüksək düşüncələrini ifadə edib.

Dövlət başçısı Ronaldoya belə deyib: “Kriştiano Ronaldo, sən ən böyüksən. ABŞ səni gözləyir. Təcili şəkildə əşyalarını yığ və gəl — mümkün qədər tez”.

Bu müraciət sürətlə internet istifadəçiləri arasında viral halına gəlib və idman mediasında geniş müzakirə olunub.

Tramp Ronaldonu Amerika idman səhnəsinə dəvət etməsi ilə diqqət çəkib, xüsusən 2026-cı il Dünya Kuboku ərəfəsində bu çağırışı daha da aktuallaşdıran şərhlər yazılıb.

Bu çağırışın arxasında rəsmi transfer təklifi və ya futbol müqaviləsi yoxdur.

Yayılan videomüraciət daha çox sosial media fenomeni və siyasi-idman dialoqu kimi qəbul olunur. Yəni Tramp Ronaldoya konkret klub təklifi göndərmir, sadəcə Amerika idman arenasına gəlməsi üçün çağırış edir.

Xatırladaq ki, ötən ilin noyabr ayında ABŞ Prezidenti Donald Tramp Portuqaliya yığması və Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasının ulduzu Kriştianu Ronaldo ilə görüşüb.

41 yaşlı superulduz Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusudur. Müqaviləsində yaşanan narazılıqlar səbəbilə o, klubu bəzi matçlarda boykot etmişdi. Mətbuat iddia edir ki, bu addım Ronaldunun klubun qışı transfer pəncərəsində heyəti gücləndirməməsindən narazı olması ilə bağlıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
olke.az

2Mənbələr