Müəllif:Mehin Qasımova,Banco.az
Amerika avtomobil istehsalçısı "Tesla" özünün "Cybertruck" elektrik pikapının daha ucuz versiyasını təqdim edib və ən bahalı modeli olan Cyberbeast-ın qiymətini isə endirib.
Banco.az xəbər verir ki, bu barədə Reuters məlumat verib.
Yeni iki mühərrikli, tam ötürücülü Cybertruck-un qiyməti 59.990 dollardır və şirkətin məlumatına görə, bu pikapın "ən əlverişli" modelidir.
Cyberbeast-ın qiyməti hazırda 114.990 dollardan 99.990 dollara düşüb.
"Tesla" bu paketi keçən avqust ayında əlavə edib.