AZ

"Tesla" yeni "Cybertruck" avtomobilini təqdim edib

Müəllif:Mehin Qasımova,Banco.az

Amerika avtomobil istehsalçısı "Tesla" özünün "Cybertruck" elektrik pikapının daha ucuz versiyasını təqdim edib və ən bahalı modeli olan Cyberbeast-ın qiymətini isə  endirib. 

Banco.az xəbər verir ki, bu barədə Reuters məlumat verib.

Yeni iki mühərrikli, tam ötürücülü Cybertruck-un qiyməti 59.990 dollardır və şirkətin məlumatına görə, bu pikapın "ən əlverişli" modelidir.

Cyberbeast-ın qiyməti hazırda 114.990 dollardan 99.990 dollara düşüb.

"Tesla" bu paketi keçən avqust ayında əlavə edib.

Seçilən
14
1
banco.az

2Mənbələr