İş adamı, sabiq deputat və “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın evində axtarış aparılır.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası iş adamının vəkilinə istinadən məlumat yayıb.
Vəkilin sözlərinə görə, ittihamlar Tsarukyanla əlaqəli deyil və 2020-ci ildə Arinj bələdiyyəsinin keçmiş vəzifəli şəxslərinə qarşı açılmış cinayət işi ilə bağlıdır.
“İş üzrə bəzi torpaq sahələrinin ekspertizasını aparmaq lazım gəlib və bu sahələrdən bəziləri Tsarukyanın mülkiyyətində olan ərazilərlə üst-üstə düşür”, - vəkil əlavə edib.
Qeyd edək ki, Qaqik Tsarukyanın barəsində cinayət işi açılıb, Ermənistandan çıxışına qadağa qoyulub.
"Cebheinfo.az"