RU

Qaqik Tsarukyanın evində axtarış aparılır

İş adamı, sabiq deputat və “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın evində axtarış aparılır.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası iş adamının vəkilinə istinadən məlumat yayıb.

Vəkilin sözlərinə görə, ittihamlar Tsarukyanla əlaqəli deyil və 2020-ci ildə Arinj bələdiyyəsinin keçmiş vəzifəli şəxslərinə qarşı açılmış cinayət işi ilə bağlıdır.

“İş üzrə bəzi torpaq sahələrinin ekspertizasını aparmaq lazım gəlib və bu sahələrdən bəziləri Tsarukyanın mülkiyyətində olan ərazilərlə üst-üstə düşür”, - vəkil əlavə edib.

Qeyd edək ki, Qaqik Tsarukyanın barəsində cinayət işi açılıb, Ermənistandan çıxışına qadağa qoyulub.

"Cebheinfo.az"

Избранный
34
3
cebheinfo.az

4Источники