AZ

ÇL: Biri Bakıda, üçü digər şəhərlərdə – ARENA.AZ

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutacaq.

Azərbaycan çempionu “Qarabağ” doğma meydanda İngiltərə Premyer Liqasında mübarizə aparan “Nyukasl”la üz-üzə gələcək. İtaliya nəhəngi “İnter” səfərdə Norveç “Bodo Qlimt”inin qonağı olacaq. Bilbao “Atletik”i Belçikada “Brügge” ilə qarşılaşacaqsa, “Bayer” də Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.

Qeyd edək ki, ÇL-də pley-off mərhələsinin cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunları
18 fevral

21:45. Qarabağ (Azərbaycan) – Nyukasl (İngiltərə)
00:00. Olimpiakos (Yunanıstan) – Bayer (Almaniya)
00:00. Bodo Qlimt (Norveç) – İnter (İtaliya)
00:00. Brügge (Belçika) – Atletik (İspaniya)

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
23
9
arena.az

10Mənbələr