AZ

Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda "Nyukasl"la qarşılaşacaq

"Qarabağ" ilk dəfə vəsiqə qazandığı UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün ilk oyununu keçirəcək.

 

Senzor.az bildirir ki, Azərbaycan çempionu tarixi görüşdə İngiltərənin "Nyukasl" klubunu qəbul edəcək. 

 

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Matçı Norveçdən olan FIFA referisi Espen Eskos idarə edəcək.

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 25-də keçiriləcək. Bu cütün qalibi 1/8 finalda İngiltərənin "Çelsi" və ya İspaniyanın "Barselona" klublarından biri ilə qarşılaşacaq.

Seçilən
36
14
senzor.az

10Mənbələr