"Qarabağ" ilk dəfə vəsiqə qazandığı UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün ilk oyununu keçirəcək.
"Unikal" xəbər verir ki, Azərbaycan çempionu tarixi görüşdə İngiltərənin "Nyukasl" klubunu qəbul edəcək.
Matçı izləmək üçün paytaxta yüzlərlə "Nyukasl" azarkeşi gəlib. Onlar Bakını çox bəyəndiklərini, İçərişəhərin möhtəşəm olduğunu bildiriblər. İngilislər isti havada xüsusən pivədən zövq alıblar.
Onlar ictimai nəqliyyatın, taksinin, içkilərin, yeməklərin ucuz olduğunu deyib. Görünür, İngilis funt sterlinqinin manat qarşısında daha bahalı olması onların üzünü güldürüb.
Qonaqların Bakıdan çəkib paylaşdığı bəzi fotoları təqdim edirik:
Ağarza Elçinoğlu