AZ

ABŞ narkotik qaçaqmalçılığı ilə məşğul olan daha 3 qayığa hücum edib

Vaşinqton, 17 fevral, AZƏRTAC

ABŞ Sakit Okeanın şərqində və Karib dənizində narkotik qaçaqmalçılıqda şübhəli bilinən 3 qayığa hücum edib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Cənub Komandanlığı məlumat yayıb. Bildirilir ki, hücum nəticəsində 11 nəfər həyatını itirib.

Tramp administrasiyasının narkotik qaçaqmalçılarına qarşı beş aydır apardığı mübarizə nəticəsində ölənlərin sayı 144-ə çatıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
83
4
azertag.az

7Mənbələr