Vaşinqton, 17 fevral, AZƏRTAC
ABŞ Sakit Okeanın şərqində və Karib dənizində narkotik qaçaqmalçılıqda şübhəli bilinən 3 qayığa hücum edib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Cənub Komandanlığı məlumat yayıb. Bildirilir ki, hücum nəticəsində 11 nəfər həyatını itirib.
Tramp administrasiyasının narkotik qaçaqmalçılarına qarşı beş aydır apardığı mübarizə nəticəsində ölənlərin sayı 144-ə çatıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton