AZ

Ötən ay Azərbaycandan Xorvatiyaya ixrac olunmuş neftin həcmi açıqlandı

Bakı. Trend:

2026-ci ilin yanvar ayında Azərbaycandan Xorvatiyaya 40,8 milyonABŞ dolları dəyərində bitumu süxurlardan əldə edilmiş 86,2 min tonxam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bugöstərici dəyər ifadəsində 147,4 milyon ABŞ dolları və ya 78,3faiz, həcm baxımından isə 252,8 min ton və ya 74,6 faiz azalıb.

Belə ki, ötən ilin yanvar ayında Azərbaycandan Xorvatiyaya 188,2milyon ABŞ dolları dəyərində 339 min ton neft və neft məhsullarıixrac olunub.

Qeyd edək ki, yanvar ayında Azərbaycandan dünyanın 11 ölkəsinəümumilikdə 1,238 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardanəldə edilən 2,643 milyon ton xam neft və neft məhsulları ixracolunub.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bugöstərici dəyər ifadəsində 665 milyon ABŞ dolları və ya 34,9%azalıb, eyni zamanda həcm baxımından 818 min ton və ya 23,6%artıb.

Seçilən
82
11
az.trend.az

10Mənbələr