AZ

Armen Qriqoryan Qazaxıstan səfiri ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qazaxıstanın İrəvandakı səfiri Bolat İmanbayev ilə görüşüb.

Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə ErmənistanTəhlükəsizlik Şurasının ofisi bəyanat yayıb.

Bildirilib ki, həmsöhbətlər Ermənistan-Qazaxıstan ikitərəfli münasibətlərinin gündəm məsələlərini müzakirə ediblər, əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üçün yeni imkanlar və istiqamətləri vurğulayıblar.

Qeyd olunub ki, görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi, o cümlədən regional nəqliyyat yollarının açılması məsələsinə də toxunulub.

Daşqın HəsənovMissiya.Az

Seçilən
61
missiya.az

1Mənbələr