
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qazaxıstanın İrəvandakı səfiri Bolat İmanbayev ilə görüşüb.
Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə ErmənistanTəhlükəsizlik Şurasının ofisi bəyanat yayıb.
Bildirilib ki, həmsöhbətlər Ermənistan-Qazaxıstan ikitərəfli münasibətlərinin gündəm məsələlərini müzakirə ediblər, əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üçün yeni imkanlar və istiqamətləri vurğulayıblar.
Qeyd olunub ki, görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi, o cümlədən regional nəqliyyat yollarının açılması məsələsinə də toxunulub.
Daşqın HəsənovMissiya.Az