Gürcüstanın praqmatik və çoxəsrlik xarici siyasətinin mahiyyəti sülh və müstəqilliyin qorunmasıdır.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili parlamentdə illik hesabatla çıxışı zamanı deyib.
O qeyd edib ki, Gürcüstan sülh siyasəti yürüdür və ölkə bunu öz hərəkətləri ilə sübut edib.
"Bu, təkcə ölkəmiz üçün deyil, həm də bütün regionun təhlükəsizliyi üçün fundamental əhəmiyyət kəsb edir", - Kavelaşvili əlavə edib.
Prezidenti sözlərinə görə, Gürcüstan mövcud beynəlxalq vəziyyəti nəzərə alaraq beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi üçün əsas ölkəyə çevrilə bilər:
"Asiya, Avropa və Yaxın Şərqin iqtisadi inteqrasiyasını təşviq edə, Cənubi Qafqazın regional hab kimi statusunu gücləndirə və tərəfdaş ölkələrimizlə əlaqələrimizi daha da gücləndirə bilərik. Bu baxımdan hökumət tərəfindən 2025-ci ildə mühüm addımlar atılıb. Həmçinin qonşu ölkələrlə münasibətləri daha da dərinləşdirmək və regionda sülhü möhkəmləndirmək məqsədi daşıyan Ermənistan, Azərbaycan və Türkiyəyə səfərlərimi də qeyd etmək istərdim".