Gürcüstanın praqmatik, çoxvektorlu xarici siyasətinin mahiyyəti sülh və müstəqilliyin qorunmasıdır.

Leqal.info xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili parlamentdə illik hesabatla çıxışı zamanı deyib.

O qeyd edib ki, Gürcüstan sülh siyasəti yürüdür və ölkə bunu öz hərəkətləri ilə sübut edib.

"Bu, yalnız ölkəmiz üçün deyil, həm də bütün regionun təhlükəsizliyi üçün fundamental əhəmiyyət kəsb edir", - Kavelaşvili əlavə edib.

Prezidenti sözlərinə əsasən, Gürcüstan mövcud beynəlxalq vəziyyəti nəzərə alaraq qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsi üçün əsas ölkəyə çevrilə bilər:

"Asiya, Avropa və Yaxın Şərqin iqtisadi inteqrasiyasını təşviq edə, Cənubi Qafqazın regional hab kimi statusunu gücləndirə və tərəfdaş ölkələrlə əlaqələrimizi daha da gücləndirə bilərik. Bu baxımdan hökumət tərəfindən 2025-ci ildə mühüm addımlar atılıb. Həmçinin qonşu ölkələrlə münasibətləri daha da dərinləşdirmək və regionda sülhü möhkəmləndirmək məqsədi daşıyan Ermənistan, Azərbaycan və Türkiyəyə səfərlərimi də qeyd etmək istərdim".

Leqal.info