AZ

Paşinyanla Akobyan ayrıldı

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akobyanla vətəndaş nikahı başa çatıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə A.Akobyan feysbuk hesabında paylaşım edib. 

“Məlumat vermək istəyirəm ki, mənim Baş nazir Nikol Paşinyanla vətəndaş nikahım başa çatıb. Hər kəsdən bu məsələdə təmkinli olmağı xahiş edirəm”, - o bildirib.

Xatırladaq ki, N.Paşinyanla A.Akobyan rəsmi şəkildə evli olmayıb. Bunun səbəbləri barədə danışan Ermənistan Baş naziri siyasətlə məşğul olduğu üçün gələcəkdə həbs edilmək riskinə görə bu addımı atdığını bildirib. Cütlüyün 4 övladı var.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
103
3
qafqazinfo.az

4Mənbələr