AZ

Paşinyanla Anna ayrıldı

Ermənistanın Baş naziri Nikol Paşinyanın vətəndaş nikahında olduğu həyat yoldaşı Anna Akobyanla ayrılıb.

"Cebheinfo.az"  xəbər verir ki, bu barədə A.Akobyan feysbuk hesabında paylaşım edib. 

“Məlumat vermək istəyirəm ki, mənim Baş nazir Nikol Paşinyanla vətəndaş nikahım başa çatıb. Hər kəsdən bu məsələdə təmkinli olmağı xahiş edirəm”, - o bildirib.

Xatırladaq ki, N.Paşinyanla A.Akobyan rəsmi şəkildə evli olmayıb. Bunun səbəbləri barədə danışan Ermənistan Baş naziri siyasətlə məşğul olduğu üçün gələcəkdə həbs edilmək riskinə görə bu addımı atdığını bildirib. 

Cütlüyün bir-birini çox sevdiyi deyilirdi. Ona görə də bu ayrılıq erməni cəmiyyətində maraqla qarşılanıb.

Xəzər

"Cebheinfo.az"

Seçilən
25
3
cebheinfo.az

4Mənbələr